RU

80 yaşlı Seyran Səxavət: Uşaq muşağın əlində qalmışam VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baku TV yazıçı, şair, dramaturq Seyran Səxavətin 80 illik yubileyi münasibətilə onu Azərbaycan Yazıçılar Birliyində ziyarət edib.Bizim.Media xəbər verir ki, o özünü yaxşı hiss etdiyini və sağlamlığı ilə bağlı heç bir şikayətinin olmadığını söyləyib:"Sağlamlığımdan şikayətlənməyə haqqım yoxdur. Özünə baxmaq tək adamın işi deyil. Mənim həyat yoldaşım professordur. Amma evdə bunu yadından çıxarır. Qapıdan içəri girəndə evin xanımıdır. Övladlarım da qayğıma yaxşı qalırlar".Yazıçı bu yaşda fəaliyyət göstərməyin onun üçün çətin olmadığını da vurğulayıb:"Bu yaşda çalışmamaq mənim üçün çətindir. Yazıçılar Birliyi mənim evim kimidir. Buradakı adamlar başqadırlar".Dost sarıdan bəxtinin gətirdiyini deyən Seyran Səxavət onları itirməyin ağrısını çox dərindən hiss etdiyini bildirib:"Hamısı yavaş-yavaş getdi, məni aparmadılar. İndi uşaq-muşağın əlində qalmışam. Bir dəfə müsahibəmdə demişdim ki, bilsəm, onlarla dost olmazdım, itirəndə də belə yaman günə qalmazdım".

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
1
bizim.media

2Источники