RU

Antuan Qrizmannın yeni klubundakı maaşı açıqlandı

"Atletiko Madrid"dən ayrılaraq "Orlando Siti"yə qoşulacağı və 2 illik müqavilə bağlayacağı gözlənilən hücumçu Antuan Qrizmannın yeni komandasında nə qədər qazanacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Fabris Hokins yayıb.

Məlumata görə, fransalı forvard ildə 10 milyon avroya yaxın məvacib alacaq.

Daha öncə tanınmış insayder Fabritsio Romano tərəflərin müqavilə şərtlərini tam şəkildə razılaşdırdığını açıqlayıb. Onun yaxın günlərdə "Atletiko"dan azad agent qismində ayrılaraq okeanın o tayına yollanacağı bildirilib.

Toğrul

Избранный
20
fanat.az

1Источники