RU

Vəfat edən gənc GDU-nun məzunu olub - YENİLƏNİB

Sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi kimi təqdim edilən 1999-cu il təvəllüdlü Fərman Əlizadə haqqında ali təhsil ocağından açıqlama verilib. 

AzEdu.az xəbər verir ki universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Məmmədovanın Modern.az-a bildirdiyinə görə, xəbərlərdə GDU-nun tələbəsi kimi qeyd olunan Fərman Əlizadə 2020-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olub. Buna görə də onun tələbə kimi təqdim edilməsi düzgün deyil:
"Vəfat edən Fərman Əlizadənin universitetlə heç bir bağlılığı yoxdur". 

"Keçmiş məzun tələbəmizin ölüm xəbəri barədə dərc olunan yazıda sanki hələ də mərhumun Gəncə Dövlət Universitetində təhsil alması xəbəri anlaşılmazdır. Yazı dərc olunarkən media nümayəndələrindən diqqətli olmağı xahiş edirik. Gəncə Dövlət Universitetinin kollektivi keçmiş məzun Fərman Əlizadənin vaxtsız vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir", -deyə açıqlamada bildirilib.

Məlumat üçün bildirək ki, F.Əlizadə Birinci Qarabağ Müharibəsi qazisi Etibar Əliyevin oğludur. 

 

11:05

Gəncə Dövlət Universitetinin tələbəsi Fərman Etibar oğlu Əlizadə qəfil vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a tələbənin qohumları bildiriblər. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

1999-cu il təvəllüdlü Fərman Əlizadə dünən torpağa tapşırılıb.

Mərhum əslən Cəbrayıl rayonunun Tinli kəndindəndir. Onun atası Qarabağ döyüşlərinin könüllü iştitakçısıdır.

Избранный
28
1
azedu.az

5Источники