AZ

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Xəbər verildiyi kimi 1999-cu il təvəllüdlü Fərman Etibar oğlu Əlizadə qəfil ürəktutmadan dünyasını dəyişib. Mediada gedən məəlumatlarda Fərman Əlizadə Gəncə Dövlət Universitetinin tələbəsi kimi təqdim edilib. 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Məmmədova Bizim.Media-ya Gəncə Dövlət Universitetinin tələbəsi kimi təqdim edilən 1999-cu il təvəllüdlü Fərman Əlizadə haqqında açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Universitet tələbəsi vəfat etdi


O, deyib ki, Fərman Əlizadə 2020-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsinin  məzunu olub. Vəfat edən  F.Əlizadənin universitetlə heç bir bağlılığı yoxdur. 

"Keçmiş məzun tələbəmizin ölüm xəbəri barədə dərc olunan yazıda sanki hələ də mərhumun Gəncə Dövlət Universitetində təhsil alması xəbəri anlaşılmazdır. Yazı dərc olunarkən media nümayəndələrindən diqqətli olmağı xahiş edirik. Gəncə Dövlət Universitetinin kollektivi keçmiş məzun Fərman Əlizadənin vaxtsız vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir" - deyə açıqlamada bildirilib. 

Məlumat üçün bildirək ki, F. Əlizadə Birinci Qarabağ Müharibəsi qazisi Etibar Əliyevin oğludur. Mərhumun ölüm səbəbi bilinmir.


Bizim.Media

Seçilən
18
3
bizim.media

5Mənbələr