RU

Vəfat edən gənc GDU nun tələbəsi deyil, məzunudur AÇIQLAMA

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi kimi təqdim edilən 1999-cu il təvəllüdlü Fərman Əlizadə haqqında ali təhsil ocağından açıqlama verilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Məmmədovanın Modern.az-a bildirdiyinə görə, xəbərlərdə GDU-nun tələbəsi kimi qeyd olunan Fərman Əlizadə 2020-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olub. Buna görə də onun tələbə kimi təqdim edilməsi düzgün deyil:

"Vəfat edən Fərman Əlizadənin universitetlə heç bir bağlılığı yoxdur". "Keçmiş məzun tələbəmizin ölüm xəbəri barədə dərc olunan yazıda sanki hələ də mərhumun Gəncə Dövlət Universitetində təhsil alması xəbəri anlaşılmazdır. Yazı dərc olunarkən media nümayəndələrindən diqqətli olmağı xahiş edirik. Gəncə Dövlət Universitetinin kollektivi keçmiş məzun Fərman Əlizadənin vaxtsız vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir", -deyə açıqlamada bildirilib.

Məlumat üçün bildirək ki, F.Əlizadə Birinci Qarabağ Müharibəsi qazisi Etibar Əliyevin oğludur. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
modern.az

5Источники