RU

Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

İran diplomatiyasının rəhbəri ölkənin öz suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmini vurğulayıb.

O bildirib ki, İranın ABŞ və İsrailin hərbi bazalarına, obyektlərinə zərbələr endirməsi özünümüdafiə hüququ çərçivəsində həyata keçirilir.

Hörmüz boğazının bloklanması mövzusunu müzakirə edən A.Əraqçi qeyd edib ki, regionda yaranmış qeyri-sabitlik ABŞ və İsrailin addımlarının "birbaşa nəticəsidir".

Öz növbəsində, Türkiyənin XİN rəhbəri regionda müharibənin davam etməsinin nəticələrinə diqqət çəkib və region ölkələrinin nümayəndələri ilə son məsləhətləşmələr barədə danışıb.

Hakan Fidan gərginliyin azaldılması və İranla Yaxın Şərq ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi üzrə səylərin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
56
5
far.az

7Источники