Daha bir dünya ulduzu peşəkar futbolçu karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu, Fransa millsinin sabiq hücumameyilli yarımmüdafiəçisi Dimitri Payetdir.
O, Liqa 1-in 27-ci turu çərçivəsində "Velidrom"da baş tutan "Olimpik Marsel" - "Lill" qarşılaşmasının (1:2) fasiləsində butslarını mıxdan asdığını bəyan edib.
Xatırladaq ki, Payetin son klubu ötən ilin yayında ayrıldığı "Vasko da Qama" olub.
Toğrul