RU

London üçün böyük TƏHLÜKƏ: İranın zərbəsinə qarşı müdafiəsizdir

ain.az bildirir, Milli.az portalına istinadən.

Böyük Britaniyanın İranın uzaqmənzilli raket təhlükəsi qarşısında ciddi müdafiə problemləri yaşadığı bildirilir.

Milli.Az xəbər verir ki, "The Telegraph" nəşri britaniyalı keçmiş hərbi rəhbərlərə istinadən ölkənin mümkün ballistik raket hücumuna qarşı effektiv sistemlərə malik olmadığını yazıb.

Məlumata görə, İsrail tərəfi Tehranın artıq Londonu vura biləcək qitələrarası ballistik raketlər hazırladığını iddia edib.

Bu iddialar İranın Hind okeanında yerləşən Dieqo-Qarsiya hərbi bazasına raket zərbəsi cəhdindən sonra gündəmə gəlib. Bildirilir ki, raketlərdən biri ABŞ hərbi gəmisi tərəfindən zərərsizləşdirilib, digəri isə uçuş zamanı parçalanıb. Bu hadisə İranın uzaqmənzilli ballistik raket imkanlarının ilk real siqnalı kimi qiymətləndirilir.

Britaniya müdafiə sistemləri ilə tanış yüksək rütbəli mənbə vəziyyəti belə şərh edib: "Bu, dəhşətlidir... Ballistik raketlərə qarşı mübarizə xüsusi bacarıq tələb edir və təəssüf ki, bizdə bu səviyyə çox aşağıdır".

Keçmiş aviasiya vitse-marşalı Şon Bell isə bildirib ki, soyuq müharibə dövründə mövcud olan "Bloodhound" kimi sistemlər artıq tarixə çevrilib və kifayət qədər investisiya ayrılmadığı üçün müdafiə zəifləyib.

Onun sözlərinə görə, hazırda Britaniyanın daxilində ballistik raketləri havada məhv edə biləcək yerüstü sistemlər mövcud deyil:

"Raket buraxılsa, biz onu izləyə bilərik, amma qarşısını ala bilmərik".

Hazırda ölkənin əsas müdafiə xətti 45-ci tip esmineslər hesab olunur. Bu gəmilər "Sea Viper" zenit-raket sistemləri ilə təchiz edilib və təxminən 75 mil məsafədə hədəfləri vurmaq imkanına malikdir. Lakin bu gəmilərin əksəriyyətinin limanlarda olması onların operativ istifadəsini çətinləşdirir.

Məlumata görə, "Dragon" esminesi artıq Şərqi Aralıq dənizinə göndərilib və Kiprdə yerləşən Akrotiri aviabazasının müdafiəsinə cəlb olunub.

Bundan əlavə, Britaniyanın "Sky Sabre" hava hücumundan müdafiə sistemləri əsasən təyyarə və helikopterlərə qarşı nəzərdə tutulub və ballistik və ya hipersəs raketlərinə qarşı effektiv sayılmır. /Musavat.com 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
4
news.milli.az

5Источники