RU

Nazirliyin “Sosial məlumatların idarə edilməsi mexanizmi” layihəsi beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial məlumatların idarə edilməsi mexanizmi” layihəsi Sinqapurun “GovInsider” təşkilatının “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib.

QHT.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 270 layihənin iştirak etdiyi müsabiqədə Nazirliyin layihəsi

 “Digital Society Award” kateqoriyası üzrə “Special Mention” mükafatına layiq görülüb.

https://govinsider.asia/intl-en/event/festival-of-innovation-awards-2026

Layihə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi əsasında qurulan innovativ idarəetmə modelini, sosial məlumatların inteqrasiyası və analitik əsaslı qərarvermə mexanizmlərini özündə ehtiva edir. Bu model sosial xidmətlərin operativliyini artırmaqla yanaşı, şəffaflığın və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

 “Festival of Innovation Awards” dövlət sektorunda innovativ təşəbbüslərin, rəqəmsal transformasiya layihələrinin və vətəndaş yönümlü dövlət xidmətlərinin təşviqinə xidmət edən nüfuzlu beynəlxalq platformalardan biridir.

 

Избранный
75
3
qht.az

7Источники