RU

Buçada iki partlayış

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Ukraynanın Kiyev vilayətinin Buça şəhərində martın 23-ü səhər saatlarında çoxmənzilli yaşayış binasının yaxınlığında iki partlayış baş verib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Kiyev Vilayət Şəhər Administrasiyasının rəhbəri Nikolay Kalaşnikin teleqram hesabına və Kiyev vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, polis baş verənləri terror aktı kimi qiymətləndirib.

"Bu gün səhər saatlarında Buçada çoxmənzilli yaşayış binasının yaxınlığında naməlum əşyanın partlayışı baş verib. Partlayış nəticəsində binadakı pəncərələrin şüşələri zədələnib", - N.Kalaşnik qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyərkən ikinci partlayış baş verib, nəticədə iki polis əməkdaşı yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Hadisə yerində polis, partlayış üzrə mütəxəssislər və xilasedicilər işləyirlər. Ərazi əhatəyə alınıb, yoxlamalar davam edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
6
cebheinfo.az

7Источники