Londonun “Tottenhem” komandası Premyer Liqanın 31-ci turunda “Nottingem Forest”ə 0:3 hesabı ilə uduzaraq ardıcıl ən uzun qələbəsiz oyunlar seriyasına görə klub antirekordunu qırıb.
"Ölkə.az" xəbər verir ki, komandanın qələbəsiz seriyası 13 oyuna çatıb.
“Squawka” xəbər verir ki, əvvəlki antirekord 91 il davam edib.
“Tottenhem Hotspur” İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdədir. İqor Tüdorun komandası 31 oyundan 30 xal toplayıb. “Tottenhem” aşağı liqaya düşmə zonasından bir xal irəlidədir.