RU

33 yaşlı kapitan vəfat etdi

Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib.


Pravda.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.


Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib.


Mərhumun nəşi bu gün doğulduğu kəndə gətirilərək dəfn olunub. 

Tarix: 23 Mart 2026, 13:06   
Избранный
97
13
pravda.az

10Источники