Avropa İttifaqı (Aİ) Macarıstanı danışıqların müzakirəsindən kənarlaşdırmaq qərarı verib.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, qərara səbəb kimi, Macarıstanın Rusiya Federasiyasına məlumat sızdırması ilə bağlı ehtimallar göstərilib.
“Macarıstanın məlumatı birbaşa Moskvaya ötürə biləcəyi ilə bağlı narahatlıqlar, bütün 27 Aİ üzvü ilə görüşlər keçirmək əvəzinə yalnız tərəfdaş ölkələrlə müzakirə formatlarının yaranmasına səbəb olub”, - nəşr qeyd edib.