RU

O, yenidən Laosun Prezidenti seçilib

Yazını böyüt
Yazını kiçilt

Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit yenidən ölkə Prezidenti seçilib.

Hafta.az xəbər verir ki, 10-cu çağırış Laos Milli Assambleyasının martın 23-də başlayan ilk sessiyasında deputatların 99 faizi Thonqlun Sisulitin namizədliyini dəstəkləyib. Milli Assambleya Soneksay Siphandonu isə Baş nazir vəzifəsinə seçib.

Martın 27-dək davam edəcək sessiyada ölkə gündəmindəki ən vacib məsələlərə dair qərarlar qəbul ediləcək.

Qeyd edək ki, 81 yaşlı Thonqlun Sisulit keçmiş SSRİ-də və Vyetnamda təhsil alıb, müxtəlif illərdə xarici işlər nazirinin müavini, əmək və sosial rifah naziri, xarici işlər naziri, Baş nazirin müavini vəzifələrində işləyib. O, 2016-cı ildə Baş nazir, 2021-ci ildə isə əvvəlcə Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, ardınca Prezident seçilib.

Избранный
82
4
hafta.az

5Источники