RU

Messi Peleni qabaqladı - VİDEO

Məşhur futbol ulduzu Lionel Messi cərimə zərbələrindən vurduğu qollarının sayını 71-ə çatdırıb.

"Ölkə.az" xəbər verir ki, argentinalı hücumçu sözügedən göstəriciyə görə braziliyalı futbol əfsanəsi Peleni (70 qol) qabaqlayıb.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə yalnız braziliyalı Juninyo Pernambukanodan (77 qol) geri qalır.

Qeyd edək ki, Messinin heyətində yer aldığı "İnter Mayami" ABŞ futbol liqasında (MLS) səfərdə "Nyu-York Siti"ni səfərdə 3:2 hesabı ilə məğlub edib. Argentinalı forvard qarşılaşmanın 61-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirib.

Избранный
71
1
olke.az

2Источники