RU

Messi cərimə zərbəsindən vurduğu qolların sayına görə Peleni qabaqladı - VİDEO

BAKI, 23 mart. TELEQRAF

“İnter Mayami”nin futbolçusu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayında əfsanəvi Peleni geridə qoyub.

Teleqraf xəbər verir ki, martın 22-də keçirilən müntəzəm çempionat oyununda Mayami təmsilçisi səfərdə "Nyu-York Siti"ni 3:2 hesabı ilə məğlub edib.

Qələbənin memarlarından biri olan argentinalı ulduz cərimə zərbəsindən vurduğu qolla yadda qalıb.

Bu, Messinin karyerası ərzində cərimə zərbəsindən vurduğu 71-ci qol olub. Bununla da o, braziliyalı əfsanə Peleni (70 qol) qabaqlayaraq futbol tarixində bu göstərici üzrə ikinci pilləyə yüksəlib. Hazırda Messinin yalnız veteran futbolçu Juninyo Pernambukano (77 qol) qabaqlayır.

Избранный
45
teleqraf.com

1Источники