RU

Yeni qərar minlərlə insanı sevindirəcək!

Dünya üzrə çoxuşaqlı ailə anlayışı ölkədən ölkəyə fərqlənir.

Bir çox ölkədə 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur.

Azərbaycanda isə rəsmi olaraq 5 və daha çox uşaqlı ailələr bu kateqoriyaya aid edilir, lakin sosial müavinət və digər güzəştlərdən yararlanmaq üçün ailədə ən azı 6 uşaq olmalıdır.

Bəs niyə çoxuşaqlı ailə meyarı 4 uşağa endirilmir və 4 uşaqlı ailələr müavinət ala bilmir?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqubun fikrincə, Azərbaycanda bu meyar nəinki 4, hətta 3 uşağa qədər endirilməlidir:

“Çünki statistika göstərir ki, hazırda Azərbaycanda hər ana başına orta hesabla 1.6 uşaq düşür. Bu rəqəm hətta 2-yə də çatmır. Ona görə də artım tempi ciddi şəkildə azalıb. Təklif edirəm ki, dövlət çoxuşaqlı ailə meyarını 3 uşağa endirsin və bu ailələrə xüsusi diqqət ayırsın. Yəni 3 uşaqlı ailələrə dəstək göstərilsin ki, artım tempi yaransın”.

Избранный
106
sportinfo.az

1Источники