RU

“Real Madrid” “Atletiko”nu məğlub etdi

“Real Madrid” İspaniya çempionatının 29-cu turunda “Atletico” üzərində 3:2 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, qarşılaşma Santiago Bernabeu Stadium stadionunda baş tutub.

Vinisius Junior (52-ci və 72-ci dəqiqələr) və Federico Valverde (55-ci dəqiqə) qələbə qollarını vurublar. Məğlub komandanın heyətində Ademola Lookman (33-cü dəqiqə) və Nahuel Molina (66-cı dəqiqə) fərqləniblər. Valverde 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

“Real Madrid”in 69 xalı var və komanda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi “Barcelona” klubundan dörd xal geri qalır.

Избранный
97
3
publika.az

4Источники