RU

Tel-Əviv üzərində “kasetli kabus”: raketlər səmada parçalanır, müdafiə sistemləri çarəsiz qalır

Tel-Əvivdə vəziyyət gərginləşib.

Musavat.com xəbər verir ki, İran tərəfindən atılan bəzi ballistik raketlərin kaset tipli döyüş başlığı daşıdığı iddia olunur və bu, hücumun təsirini qat-qat artırır.

Məlumatlara görə, raketlər şəhər üzərində havada parçalanaraq çoxsaylı kiçik partlayıcı elementlərə bölünür və geniş əraziyə səpələnir. Bu isə zərbələrin dəqiqliyini deyil, əhatə dairəsini artıraraq mülki ərazilər üçün daha böyük təhlükə yaradır.

Hadisələrin gedişi göstərir ki, İsrailin hava hücumundan müdafiə sistemləri bütün raketlərin qarşısını almaqda çətinlik çəkir. Bəzi raketlər və onların parçaları müdafiə xəttini yararaq şəhər üzərində partlayır.

Şəhərdə ardıcıl partlayış səsləri eşidilir, əhali kütləvi şəkildə sığınacaqlara axışır. Mövcud vəziyyət Tel-Əvivdə faktiki olaraq fasiləsiz raket təhlükəsi mühiti yaradıb. 

Ekspertlər bildirir ki, kasetli döyüş başlıqlarının tətbiqi hücumun xarakterini dəyişir və klassik raketdən müdafiə sistemlərinin effektivliyini azalda bilər. Bu tip silahlar bir hədəfə deyil, geniş sahəyə təsir göstərdiyindən müdafiə mexanizmləri üçün daha mürəkkəb çağırış yaradır.

Hazırda şəhərdə vəziyyət son dərəcə gərgin olaraq qalır, raket zərbələrinin intensivliyi isə azalmaq əvəzinə artmaqda davam edir.

 

Musavat.com

Избранный
58
11
musavat.com

10Источники