Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransa Liqa 1-də 27-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Renn” – “Mets” matçı qolsuz bitib. Lion “Olimpik”i evdə “Monako”ya, Marsel “Olimpik”i “Lill”ə uduzub. “Paris” “Havr”a qalib gəlibsə, “Nant” “Strasburq”a məğlub olub.
Hazırda 60 xala malik PSJ vahid liderdir. “Lans” 59, Marsel “Olimpik”i 49, Lion “Olimpik”i ilə “Lill” 47, “Monako” 46, “Renn” 44 xal toplayıb.
Fransa Liqa 1
27-ci tur
20 mart
Lans – Anje 5:1
Qollar: Toven, 13. Eduard, 25; 48. Sanqare, 39. Udol, 72 – Maşin, 62.
21 mart
Tuluza – Loryan 1:0
Qol: Emersonn, 81.
Oser – Brest 3:0
Qollar: Okoh, 24; 58. Namaso, 70.
Nitsa – PSJ 0:4
Qollar: N.Mendes, 42-pen. D.Due, 49. D.Fernandes, 81. Zair-Emeri, 85.
22 mart
Olimpik (Lion) – Monako 1:2
Qollar: Şults, 42 – Akliuş, 62. Baloqun, 72-pen.
Olimpik (Marsel) – Lill 1:2
Qollar: Nvaneri, 43 – Munye, 49. Jiru, 86.
Paris – Havr 3:2
Qollar: İmmobile, 29. Seko, 33-öz qapısına. Qori, 86 – Ndiaye, 61. Kyereme, 90+2.
Renn – Mets 0:0
Nant – Strasburq 2:3
Qollar: Tabibu, 6. Ablin, 53 – Oyedele, 45+2. Panikelli, 78; 90+2.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.