RU

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ ordusu İranın F-15 qırıcı təyyarəsini vurmadığını iddia edir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Yalan. İran rejiminin bu yaxınlarda F-15 qırıcı təyyarəmizi vurduğu barədə şayiələr yayılıb. Əməliyyatı zamanı ABŞ qüvvələri 8000-dən çox döyüş uçuşu həyata keçirib. İran bir dənə də olsun qırıcı təyyarəni vurmayıb", - deyə bildirilir.

Xatırladaq ki, İran ordusu martın 22-də Hörmüz adası yaxınlığında F-15 qırıcı təyyarəsinə hücum edildiyini və məhv edildiyini iddia edib.

Bizim.Media

Избранный
97
1
bizim.media

4Источники