RU

İsveçrədə erməni diasporunun növbəti təxribatı iflasa uğradı

Bakı. Trend:

Martın 20-də İsveçrə parlamentinin Milli Şurasında (aşağıpalatada) “Cenevrə kantonu 24.321: Dağlıq Qarabağın ilhaqı.Azərbaycanda siyasi məhbusların azad edilməsi” adlı kantontəşəbbüsü müzakirə olunub.

Trend xəbər verir ki, MilliŞura bu təşəbbüsü böyük səs çoxluğu ilə – 108 səsə qarşı 33 səslərədd edib. İsveçrə parlamentinin Senatı (yuxarı palata) butəşəbbüsü hələ ötən il rədd etdiyindən məsələ bağlanmış hesabolunur və artıq yenidən müzakirəyə çıxarıla bilməz.

Bundan əlavə, ötən il Senatın xarici əlaqələr komitəsində buməsələ müzakirə edilərkən, Azərbaycan-Ermənistan münasibətlərinədair mövzuların gündəmə gətirilməməsi çağırışı səsləndirilib.Bildirilib ki, bu cür müzakirələr regionda uğurlu sülh prosesinəzərbə vurur.

Beləliklə, İsveçrədə erməni diasporunun ölkənin qanunvericiorqanında hər hansı nəticə əldə etmək istiqamətində son cəhdiuğursuzluqla nəticələnib.

Bununla belə, daşnakların açıq təsiri altında olan yerli ermənitəşkilatları Ermənistanda seçki ili ilə əlaqədar müxtəlif təbliğataksiyalarından istifadə etməyə davam edir və Paşinyanhakimiyyətinin əsas üstünlüyü sayılan sülh prosesini zəiflətməyəçalışırlar.

Belə ki, martın 18-də Cenevrə Mətbuat Klubunda “BeynəlxalqXristian Həmrəyliyi” (CSI), “İsveçrə-Ermənistan Assosiasiyası”(l’Association Suisse Arménie), “Erməni Hüquqlarının MüdafiəsiCəbhəsi” və özünü “Dağlıq Qarabağ xalqının əsas hüquqlarınınmüdafiəsi komitəsi” kimi təqdim edən qurum tərəfindən “İsveçrə,SOCAR və Cənubi Qafqaz: Dağlıq Qarabağ üzrə İsveçrə sülhtəşəbbüsünün ildönümü” mövzusunda mətbuat konfransı təşkilolunub.

Tədbirdə SOCAR Trading şirkətinə qarşı şikayət səsləndirilib vəiddia olunub ki, şirkət kommersiya fəaliyyəti vasitəsilə guya“Dağlıq Qarabağ regionundan erməni əhalinin çıxarılmasına” görəməsuliyyət daşıyan dövləti maliyyələşdirib.

Bu, ölkədə erməni revanşist qüvvələrinin SOCAR-ın İsveçrədəkifəaliyyətinə qarşı yönəlmiş ilk hücumu deyil. Əvvəlkilər kimi, butəşəbbüsün də uğursuzluğa məhkum olduğu qeyd olunur. Lakin bununErmənistanda seçkilərə qədər müəyyən təbliğat effekti yaradabiləcəyi istisna edilmir. Müstəqil müşahidəçilərin fikrincə,sözügedən “şikayət” daha çox seçki xarakteri daşıyıb və heç birhüquqi öhdəlik yaratmayıb.

Eyni tədbirdə qeyd olunub ki, bir il əvvəl İsveçrə hökumətiFederal Məclisin (parlamentin) Azərbaycan, Ermənistan və “DağlıqQarabağ xalqının nümayəndələri” arasında guya “sülh forumu”nunkeçirilməsi ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib. Həriki dövlətin belə bir təşəbbüsdə iştirak etmək istəməməsisəbəbindən bu qərarın verildiyi bildirilib. İsveçrə hökumətininABŞ-ın dəstəyi ilə aparılan real sülh prosesi əvəzinə Alpdağlarında hansısa “forum”un keçirilməsi təşəbbüsünü qətiyyətlərədd etməsi tədbir iştirakçılarının narazılığına səbəb olub.

Qeyd edək ki, əvvəlki oxşar tədbirlərdə İsveçrə parlamentininüzvləri iştirak etdiyi halda, bu dəfə deputatlar ermənirevanşistləri və radikal xristian qruplarının toplantısınıgörməzdən gəliblər.

Избранный
133
8
az.trend.az

9Источники