RU

Bahodir Nasimovun Azərbaycandakı uğuru təkrarlandı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycam Premyer Liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.Demokrat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, XXV turun "Sumqayıt”la ev görüşündə (3:1) fərqlənib.Almaniyalı hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatır. O, 2022/23 mövsümündə 17 qola sevinib.Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Onadək yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard "Neftçi”nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
103
9
demokrat.az

10Источники