RU

Şənliyə getmək istəyimizi burnumuzdan gətirməyin Video

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aktrisa Sevinc Əliyeva şəhərdə avtomobil dayanacağında yer olmamasından şikayət edib. 

Axşam.az xəbər verir ki, övladları ilə şəhər gəzintisinə çıxan aktrisa polisə səslənib. O bildirib ki, saatlarla maşında dayancaq üçün yer axtarıb:

"Elə əsəbiləşmişəm ki... Ailəmizlə bir yerdə keçirtmək istədiyimiz, uşaqlarımızı şəhərə çıxardığımız iki-üç bayramımız var. Şənliyə baxmaq istəyirik. 4-ün yarısından evdən çıxmışam, dayanacaq tapmırıq ki, maşın saxlayaq. Malakan bağında polislər dayanıb, saxlamaq olmaz. Getdik başqa bir mərkəzin dayanacağına, yer yoxdur. Elə deyirlər, get qabağa. Hara gedim, evimə qayıdım?

Mənə demək lazım deyil ki, ictimai nəqliyatdan istifadə et. Yetəri qədər istifadə etmişəm. Maşında 3 uşaq və bir it var. Bayramda əhaliyə köməklik etmək lazımdır, mane törətmək yox. Şənliyə getmək istəyimizi burnumuzdan gətirməyin. Dönə-dönə xahiş edirik. Saat yarım uşaqlarla maşından düşüb hava ala bilmədim. Üç dayancaq var və bağlamısınız. Niyə?".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
77
2
axsam.az

3Источники