Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana səfərə gəlib -Foto
Martın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak etmək üçün Gürcüstana səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.