RU

Qatarın damında DƏHŞƏT: Sərnişin diri diri yandı VİDEO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Stavropol diyarında biletsiz olduğu üçün qatardan düşürülən bir kişi təhlükəli addım ataraq vaqonun damına qalxıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı o, yüksək gərginlikli elektrik xətlərinə toxunan kimi güclü cərəyanın təsiri ilə dərhal alovlanıb və qatarın üzərində diri-diri yanmağa başlayıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şəxsin elektrik xəttinə toxunduğu an və ardınca alov içində qalaraq ağır vəziyyətə düşdüyü açıq şəkildə görünür. Görüntülər olduqca sarsıdıcı və dəhşətli xarakter daşıyır.

Şahidlərin sözlərinə görə, hadisə saniyələr içində baş verib və müdaxilə etmək mümkün olmayıb. Ətrafda olan bəzi şəxslərin isə kömək etmək əvəzinə baş verənləri mobil telefonla lentə alması xüsusi narazılıq doğurub. /Musavat.com

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
7
news.milli.az

8Источники