RU

İran raketləri Arad şəhərini viran qoyur İsrailin müdafiə sistemi niyə işləmədi? VİDEO

Dogru.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail ərazisinə yönələn intensiv raket hücumları fonunda Arad şəhərində vəziyyət kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, İran tərəfindən həyata keçirilən son raket zərbələri nəticəsində ilkin məlumatlara görə 6 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb.

Məlumata əsasən, Arad şəhəri demək olar ki, xarabalığa çevrilib. Şəhərdə ardıcıl partlayışlar baş verir, yaşayış binaları dağılıb, infrastruktura ciddi ziyan dəyib. İran raketlərinin zərbələri fasiləsiz şəkildə davam edir və bölgədə panika hökm sürür.

Qeyd olunur ki, bu hücumlar İran rəsmilərinin son açıqlamalarından sonra daha da intensivləşib. Belə ki, rəsmi Tehran “İsrail səmasının nəzarət altına alındığını” bəyan etmişdi. Müşahidəçilər hesab edir ki, hazırkı vəziyyət məhz həmin iddiaların praktik təsdiqi kimi təqdim olunur.

Aradla yanaşı digər İsrail şəhərləri də zərbələrə məruz qalır. Lakin xüsusilə Aradda dağıntıların miqyası diqqət çəkir. Şəhərdə fövqəladə vəziyyət hökm sürür, xilasedici xidmətlər dağıntılar altında qalanları çıxarmağa çalışır.

Ən ciddi suallardan biri isə İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyi ilə bağlıdır. İlkin məlumatlara görə, sistemlər raketlərin böyük hissəsinin qarşısını almaqda çətinlik çəkir. Bu isə İranın istifadə etdiyi yeni taktika və ya texnologiyalarla bağlı ola bilər.

Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır və raket zərbələrinin yaxın saatlarda da davam edəcəyi ehtimal edilir.

DOĞRU.AZ

https://dogru.az/wp-content/storage/2026/03/media-editor_0622dfd0e6633979b5b1c862568ae4f8_2sh9w3juzkap517yg4m8-emukw5crqxygasl81of2.mp4

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
11
dogru.az

10Источники