RU

Bu ölkədə xəstəxanaya hücum - 60-dan çox insan öldü

Sudanın cənubunda Şərqi Darfur əyalətinin paytaxtı Əl-Deyn şəhərindəki xəstəxanaya hücum nəticəsində aralarında 13 uşaq da daxil olmaqla azı 64 nəfər həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

Onun sözlərinə görə, hadisə zamanı daha 89 nəfər yaralanıb.

"Bu faciə nəticəsində Sudan müharibəsi zamanı tibb müəssisələrinə edilən hücumlarda ölənlərin ümumi sayı 2 000 nəfəri keçib. Təxminən üç illik münaqişədə ÜST Əl-Deyndəki hücum da daxil olmaqla tibb müəssisələrinə edilən 213 hücumda 2 036 ölüm hadisəsini təsdiqləyib", - ÜST direktoru yazıb.

O, Sudan müharibəsi zamanı tibb müəssisələrinə hücumlarda 720 nəfərdən çox insanın yaralandığını qeyd edib./Report

Избранный
59
5
musavat.com

6Источники