RU

"Betmen"in ulduzu ictimai tədbirlərdən niyə uzaq gəzir?

Məşhur "Betmen" animasiyasının ulduzu, irlandiyalı aktyor Barri Keoqan onlayn təzyiq və tənqidlər səbəbindən ictimai tədbirlərdən uzaqlaşdığını açıqlayıb.

Qazeta ru. xəbər verir ki, o, "SiriusXM The Morning Mash Up "proqramında bildirib ki, xarici görünüşünə görə tez-tez sərt tənqid olunur və bu da onun sosial həyatdan çəkilməsinə səbəb olur.

Aktyor qeyd edib ki, bu vəziyyət artıq onun peşəkar fəaliyyətinə də təsir göstərir və ekranda görünmək istəyi azalır.

Keoqan əlavə edib ki, sosial şəbəkələrdə yazılan mənfi rəylərin gələcəkdə üç yaşlı oğlu Brandoya təsir edə biləcəyindən narahatdır.

Bu səbəbdən o, bir müddət ictimaiyyət qarşısına çıxmamağa üstünlük verir.

Избранный
69
1
kulis.az

2Источники