RU

İran Dimonanı niyə VURDU? 400 ə qədər nüvə başlığı FOTO

ain.az bildirir, Milli.az portalına istinadən.

İranın raket zərbəsi endirdiyi İsrailin cənubunda yerləşən Dimona şəhəri ölkənin ən mühüm və strateji nüvə obyektlərinin mərkəzi hesab olunur.

Milli.Az xəbər verir ki, "Clash Report"un yaydığı məlumata görə, bu müəssisə İsrailin rəsmi olaraq bəyan edilməmiş nüvə silahı proqramı üçün lazım olan plutoniumun istehsalı ilə məşğul olur.

Müxtəlif beynəlxalq hesabatlarda İsrailin ixtiyarında 80-dən 400-ə qədər nüvə başlığının olduğu təxmin edilir.

Sözügedən obyektin tarixi 1960-cı illərə söykənir və o dövrdə Fransanın texniki dəstəyi ilə inşa edilib. Dimona illərdir ki, İsrailin regional təhlükəsizlik strategiyasında "nüvə qeyri-müəyyənliyi" siyasətində əsas rol oynayır.

Eyni zamanda, bu gün İsrail tərəfindən həyata keçirilən hava hücumları zamanı İranın Natanz şəhərində yerləşən nüvə müəssisələrinin hədəf alındığı bildirilir. Bu hadisə regionda nüvə obyektləri ətrafında gərginliyi yenidən pik həddə çatdırıb. /Musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
3
news.milli.az

4Источники