Martın 22-nə keçən gecə Londonun ev sahibliyi etdiyi "UFC Fight Night" turniri baş tutub.
Offsideplus.az xəbər verir ki, gecənin əsas hadisəsi lələk çəkidə (featherweight) Movsar Evloyev (20-0) və Leron Merfi (17-1-1) arasında keçirilən gərgin döyüş olub.
Hakim qərarı və xalların hesabına Evloyev rəqibini hakimlərin səsçoxluğu ilə (iki hakim 48-46, bir hakim 47-47 xalla) məğlub edib. Hakimlər Movsarın 1-ci, 3-cü və 5-ci raundlarda üstün olduğunu qeyd ediblər. 4-cü raundda isə bərabərlik qeydə alınıb.
Buna səbəb Evloyevin rəqibin qasıq nahiyəsinə vurduğu zərbəyə görə ondan bir xalın silinməsi olub.
Beləliklə, onun məğlubiyyətsizlik seriyası davam edib. Leronun isə başa çatıb.