RU

Ronaldo milliyə çağırılmadı, 4 ildən sonra onu geri qaytardılar

“Əl Nəsr”in ulduzu Kriştianu Ronaldo Portuqaliya milli komandasına çağırılmayıb.

Sportinfo.az xəbər verir ki, Ronaldonun yoxluğunda Qonçalo Quedes 2022-ci ildən sonra ilk dəfə milliyə dəvət alıb.

Ronaldo son həftələrdə aldığı bud əzələsi zədəsi səbəbindən Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq oyunlarını buraxacaq.

Komandanın baş məşqçisi Roberto Martinez isə futbolçunun vəziyyətinin ciddi olmadığını bildirib və onun dünya çempionatına qədər hazır olacağını qeyd edib.

Избранный
98
sportinfo.az

1Источники