RU

Dərmansız 2 həftəyə yuxu rejimini necə yaxşılaşdırmaq olar?

Yuxunu tez bir zamanda yaxşılaşdırmaq üçün yalnız gündəlik ciddi rejimə riayət etmək və axşamlar telefon, kompüter kimi cihazlardan çəkinmək deyil, həm də yataq otağında temperaturu 20-21°C səviyyəsində saxlamaq vacibdir.

Publika.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Klinik Tibb İnstitutunun Ambulator Terapiya kafedrasının dosenti Sergey Kozırev "Gazeta"ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, yuxu qrafikinə və müddətinə riayət etmək çox vacibdir. Ən yaxşı variant hər gün eyni vaxtda yatıb oyanmaqdır. Yatmaq üçün ən əlverişli vaxt isə hormon istehsalının ritmi ilə əlaqəli olan 22:00 ilə 23:00 arasındakı dövr hesab olunur.

"Optimal yuxu müddəti səkkiz-doqquz saatdır. Hərçənd, yaşlı adamlarda bu rəqəm dəyişə bilir. Gündüz yuxuları, xüsusən də günortadan sonra yatmaq tövsiyə edilmir. Çünki belə vaxtda yatmaq gecə təbii yuxu ritmini poza bilər", - həkim qeyd edib.

Yataq otağının mühiti də bu məsələdə mühüm rol oynayır. Keyfiyyətli yuxu üçün əsas şərtlərə yalnız sakit və tam qaranlıq otaq deyil, həm də uyğun hava temperaturu daxildir. Optimal temperatur 20-21 dərəcə arasındadır — bu temperatur tərləməyə səbəb olmur və bədəni isitmə üçün müəyyən resurslar sərf etməyə məcbur etmir.

Избранный
102
3
publika.az

1Источники