RU

İsrailin Arad şəhərinə raket hücumu nəticəsində azı 64 nəfər yaralanıb VİDEO

Bakı, 22 mart, AZƏRTAC

İsrailin cənubundakı Arad şəhərinə raket hücumu nəticəsində ən azı 64 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin “Magen David Adom” təcili yardım xidməti məlumat yayıb.

Xidmətin “Telegram” kanalında yayımlanan açıqlamada deyilir: "64 yaralı xəstəxanalara göndərilib, onlardan 7-nin vəziyyəti ağır, 15-i orta və 42-si isə yüngül xəsarət alıb".

Избранный
35
2
azertag.az

10Источники