ain.az bildirir, Dogru.az portalına istinadən.
İsrailin Arad şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanların sayı kəskin artıb.
Doğru.az xəbər verir ki, “Al Jazeera”nın təcili yardım xidmətinə istinadən yaydığı məlumata görə, hadisə yerindən artıq 88 yaralı təxliyə edilib. Onlardan 10 nəfərin vəziyyəti ağır, 19 nəfərin isə orta ağır olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl hücum nəticəsində 64 nəfərin yaralandığı açıqlanmışdı. Hadisə ilə bağlı vəziyyətin gərgin olaraq qaldığı və rəqəmlərin artacağı istisna edilmir.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.