RU

Türkiyə vasitəsi ilə İrana son xəbərdarlıq edildi

Ərəb ölkələri öz ərazilərində yerləşən obyektlərə endirilən zərbələr fonunda İrana son xəbərdarlıq göndəriblər.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Diplomatın sözlərinə görə, Fars körfəzi dövlətləri ABŞ və İsrail tərəfindən edilən hücumlardan sonra İslam Respublikasının niyə onların ərazisini vurmağa başladığını sual edirlər. Həmin ölkələr münaqişə ilə heç bir əlaqələrinin olmadığını iddia edirlər.

"Fars körfəzinin ərəb ölkələri bildirirlər ki, zərbələrlə bağlı mövcud vəziyyət davam edərsə, cavab olaraq tədbirlər görmək məcburiyyətində qalacaqlar. Ər-Riyadda keçirilən son görüşdə onlar bu məsələ ilə bağlı son xəbərdarlıqla çıxış ediblər", - deyə Fidan bildirib.

Избранный
118
2
publika.az

3Источники