RU

Ben-Qvir dağıntıların ortasında – Arad cəbhəsində kritik səfər

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkənin cənubunda yerləşən Arad şəhərində baş vermiş insidentin yerinə gedib.

Musavat.com xəbər verir ki, nazir hadisə yerində dağıntılarla tanış olub, təhlükəsizlik qüvvələrinin fəaliyyəti barədə məlumat alıb və zərər çəkmiş ərazilərə baxış keçirib. Yerli mənbələr bildirir ki, Arad son günlər intensiv raket hücumlarının hədəfinə çevrilib və şəhərdə ciddi infrastruktur ziyanı qeydə alınıb.

Ben-Qvir səfəri zamanı vəziyyətin nəzarətdə saxlanıldığını vurğulasa da, bölgədə təhlükəsizlik tədbirlərinin daha da sərtləşdiriləcəyini qeyd edib. İsrailin cənubunda gərginlik yüksək olaraq qalır və yeni hücum ehtimalları istisna edilmir.

Musavat.com

Избранный
128
3
musavat.com

6Источники