AZ

İmici dağılan şəhər: Dubay səmasında kritik anlar

İranın son günlər Dubaya endirdiyi zərbələrdən sonra şəhərdə təhlükəsizlik rejimi ən yüksək səviyyəyə qaldırılıb.

Musavat.com xəbər verir ki, artıq Dubay səmasında ağır bombardımançı təyyarələr, qırıcılar və hərbi helikopterlər intensiv şəkildə dövrə vurur, strateji obyektlər üzərində hava patrulu həyata keçirilir.

Məlumata görə, hücumlar nəticəsində bir sıra otellər, iri biznes mərkəzləri və hava limanı ətrafı ərazilər zərər görüb. Bu hadisələr Dubayın illərlə formalaşdırdığı “təhlükəsiz beynəlxalq mərkəz” imicinə ciddi zərbə vurub və qlobal ictimaiyyətdə rezonans doğurub.

Hazırda BƏƏ rəhbərliyi hava məkanına nəzarəti gücləndirib, əsas infrastruktur obyektlərini xüsusi mühafizə altına alıb. Şəhər üzərində hərbi aviasiyanın fasiləsiz uçuşları müşahidə olunur. Məqsəd həm mümkün yeni təhlükələrin qarşısını almaq, həm də əhali və investorlar üçün təhlükəsizlik təminatını nümayiş etdirməkdir.

Dubayda vəziyyət gərgin olaraq qalsa da, rəsmi dairələr təhlükəsizlik qüvvələrinin tam nəzarəti təmin etdiyini bildirir.

Musavat.com

Seçilən
154
3
musavat.com

6Mənbələr