ain.az bildirir, Demokrat.az portalına istinadən.
Ramazan ayının başa çatması ilə qidalanma rejimində edilən qəfil dəyişikliklər sağlamlıq üçün ciddi risklər yaradır. Tanınmış professor Canan Karatay bayram günlərində bəzi qidalardan tamamilə uzaq durmağın vacibliyini vurğulayıb. O, bir ay boyunca dincələn və hüceyrələri yenilənən bədənin bayram süfrələrindəki ağır təamlarla yorulmaması barədə xəbərdarlıq edib.Demokrat.az-ın məlumatına görə professor orucu bədənin "zavod ayarlarına" qayıtma prosesi kimi qiymətləndirir. Onun fikrincə, bayramda "ənənəvi ikram" adı altında təqdim olunan bəzi qidalar orqanizmə toksik təsir göstərir. Karatay xüsusilə şəkəri "ən şirin zəhər" adlandıraraq insanların bayramda ehtiyatlı davranmasını tövsiyə edib.Professorun fikrincə, bayram müddətində süfrələrdən uzaq tutulmalı olan üç əsas qrup mövcuddur. Bunlara qazlı içkilər və müxtəlif növ şirin məşrubatlar, ağ undan hazırlanan xəmir xörəkləri və rafinə edilmiş şəkərdən hazırlanan ağır şirniyyatlar daxildir. Bu qidaların qəfil qəbulu bədənin yenilənmə prosesini dayandırır və həzm sisteminə artıq yük salır.Sağlamlığı qorumaq üçün bayram günlərində nəzarətsiz qida qəbulundan qaçmaq lazımdır. Karatay qeyd edir ki, orucun bədənə verdiyi faydaları bir neçə günə itirməmək üçün bu üç qidadan məsafəli durmaq şərtdir.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.