RU

Tunisin cənub sahillərində fırtınaya düşən 116 miqrant xilas edilib

Qahirə, 21 mart, AZƏRTAC

Tunisin cənub sahillərində “Miscar” qaz hasilatı platformasında günlərlə çətin vəziyyətdə qalan 116 miqrant “Ocean Viking” gəmisi tərəfindən xilas edilib. Qeyri-qanuni miqrantlar fırtına zamanı platformaya sığınıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOS Méditerranée” qeyri-hökumət təşkilatı məlumat verib.

Qeyd olunur ki, Tunisin sahil sularında xilas edilən miqrantlar arasında 40 azyaşlı, 13 qadın, bir uşaq və iki körpə olub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Избранный
126
5
azertag.az

7Источники