RU

“Hansı günümə yaraşar ki, 75 yaşımda durub qapılara papaq atım?”-FOTO+ÖZƏL

“Çox nadir hallarda olur ki, bayramı evdə qeyd edim. Tədbirlərdə, restoranlarda oluruq. Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir. Bizim də borcumuzdur ki, xalqımıza xidmət edək. Qoşanağara aləti ömür boyu mənimlə birgə olub. O mənim ən yaxın dostum, sirdaşımdır. Onsuz bir günüm olmasın. Bu gün bayramları ölkə olaraq qalib şəkildə qeyd edirik. Bunun özü bizim üçün böyük bir qürur və fəxrdir”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Sadıq Zərbəliyev deyib. O daha sonra əlavə edib:


“Tədbirlər, toylar əvvəl lap çox olurdu. İndiki ilə müqayisə çox azdır. Həm də maşallah görün nə qədər musiqiçi, nağara ifaçısı var?! Allah Heydər Əliyevə rəhmət etsin. O mənə əməkdar artist olmadan birbaşa xalq artisti fəxri adı verdi. Bu SSRİ-nin tarixində də olmayan bir şey idi. “Natiq ritm” qrupunun rəhbəri Natiq Şirinov da həmişə deyir ki, sən fəxri adı aldın, sonra mən aldım. Halal xoşu! Bu sənət, müğənnilik, idman, həkimlik sahəsi qohumbazlıq sevmir” deyə o bildirib.


Sadıq Zərbəliyev deyir ki, bu gün Novruzun bəzi adətləri dəyişib:


“O vaxt papaqatdı mərasimi olurdu. Kürdəmirdə uşaq vaxtı qapılara papaq atırdıq. Oralarda bayram çox gözəl keçirdi. İndi 75 yaşım var, durub bu yaşda papaq atmayacam ki?! Hansı günümə yaraşar? O vaxt papağımızın içinə qoz, yumurta, şirniyat qoyurdular. Eşitmişəm ki, bu gün sadəcə pul qoyurlar. Bizdə pul qoyma adəti yoxdur axı” deyə sənətkar bildirib.

Избранный
87
21
moderator.az

10Источники