RU

Orbana sui-qəsd təklifi verildi -

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Macarıstanın baş naziri Viktor Orbana qarşı guya sui-qəsd səhnələşdirilməsi imkanını nəzərdən keçirməyi təklif edib. Məqsəd isə aprel seçkiləri öncəsi onun reytinqini artırmaq olub. Metbuat.azThe Washington Post-a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa xüsusi xidmət orqanlarının əldə etdiyi SVR-in daxili hesabatında yer alır. Nəşrin məlumatına görə, SVR rəhbərliyi üçün hazırlanmış sənəddə qeyd olunur ki, xidmət əməkdaşları seçki kampaniyasının “bütün paradiqmasını köklü şəkildə dəyişməyi” təklif ediblər. Belə ki, diqqətin sosial-iqtisadi məsələlərin rasional müstəvisindən emosional sahəyə yönəldilməsi, əsas mövzular kimi isə dövlət təhlükəsizliyi, sabitlik və siyasi sistemin qorunmasının ön plana çıxarılması nəzərdə tutulub.Planın rəhbərliyin hansı səviyyəsində müzakirə edildiyi məlum deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov nəşrin sorğusuna cavab olaraq bunun “növbəti dezinformasiya nümunəsi” olduğunu bildirib.

The Washington Post vurğulayır ki, Orbana qarşı hər hansı real “sui-qəsd cəhdi” barədə məlumat daxil olmayıb. Lakin belə ssenarilərin ümumiyyətlə müzakirə edilməsi faktı Rusiyanın hazırkı Macarıstan baş nazirinə nə qədər önəm verdiyini göstərir.

Избранный
40
metbuat.az

1Источники