RU

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub - YENİLƏNİB

Gəncədə
Bu gün saat 07:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. 13:44 Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
103
24
1news.az

10Источники