RU

Azərbaycan və Çin arasında qarşılıqlı investisiyalar artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi9,957 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 7,2 milyon dollar vəya 3,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycandan birbaşa xarici investisiyalarınümumi həcmində Çinə reallaşan investisiyaların payı 0,4% təşkiledib.

Çin isə öz növbəsində 2025-ci il ərzində Azərbaycaniqtisadiyyatına 26,895 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 9,3 milyon dollar və ya 1,5 dəfəçoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində ÇindənAzərbaycana yatırılan investisiyaların xüsusi çəkisi 0,4% təşkiledib.

2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyalarınümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyondollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Избранный
93
11
az.trend.az

10Источники