RU

Molla rejimi “Allah birdir” deyən idmançını “Allahı tanımamaq ittihamı” ilə edam etdi

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

ABŞ və İsrailin İranla müharibə apardığı bir məqamda molla rejimi növbəti edamları icra edib.

Gununsesi.info bildirir ki, iki ay əvvəl baş verən etirazlarda həbs edilən şəxslərin əksəriyyəti gənclərdir.

Onlar arasında dəfələrlə İran bayrağını qaldıran idmançı Saleh Mohammadi də var.

Sosial şəbəkə istifadəçisi Orxan Atabəy gənc idmançı ilə bağlı təsirli paylaşım edib.

Dünən paylaşdığım məhkəmə görüntülərində o gənclərin çarəsiz oturuşu, edam qərarı ilə səssizcə razılaşmaları mənə çox pis təsir etdi.

Gecə yuxum qaçdı, 19 yaşlı güləşçi Saleh Mohammadinin fotolarını axtardım. Baxıram ki, hər qələbədən sonra barmağı ilə “Allah birdir” işarəsi göstərirmiş.

Və bu uşağı “Allaha qarşı müharibə aparmaq”maddəsi ilə edam etdilər. Bu, ümumiyyətlə, necə bir maddədir? Bunlar özlərini Allahmı sayırlar? Bu cür zülmə, rejimə rəğbət bəsləyənlərin vicdanında və şərəfində ciddi problem var…

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
64
icma.az

1Источники