Astana, 21 mart, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü mayın ortalarında Türküstanda keçiriləcək.
AZƏRTAC-ın Akordaya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.
“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana