Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin yüksək səviyyəli görüşünü elan edib.
Newscenter.az-ın məlumatına görə, bu barədə "Report" Akordaya istinadən xəbər verir.
"Mayın ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatı liderlərinin yüksək səviyyəli görüşü planlaşdırılır. Dünyada mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir", - K.Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.
O əlavə edib ki, hökumət və akimat bu sammiti keyfiyyətli şəkildə təşkil etməyə birinci dərəcəli diqqət yetirməlidir:
"Biz həmişə yadda saxlamalıyıq ki, Türküstan millətin gələcəyini müəyyən edən taleyüklü qərarların qəbul edildiyi Qazax xanlığının əsas siyasi mərkəzlərindən biri olub".