RU

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək

Azərbaycan 2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumuna (ITF), eləcə də 2026-cı ilin mayda Almaniyanın Leypsiq şəhərində keçiriləcək sammitə sədrlik edəcək.

XQ xəbər verir ki, dünyanın nəqliyyat nazirlərinin ən böyük toplantısına hazırlıq çərçivəsində ITF-nin baş katibi Yanq Ta Kim Fransaya səfəri zamanı Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva ilə görüşüb.

Görüş zamanı Yang Ta Kim Azərbaycanın Forum çərçivəsində həyata keçirdiyi sədrlik fəaliyyətini yüksək qiymətləndirib. O, xüsusilə Azərbaycan tərəfindən hazırlanmış və sammit zamanı Nəqliyyat Nazirləri Şurasına təqdim ediləcək iki siyasət tövsiyəsini vurğulayıb.

 Leyla Abdullayeva ITF-in nəqliyyat siyasəti sahəsində qlobal platforma kimi mühüm rolunu qeyd edib.Bildirib ki, Forum xüsusilə təchizat zəncirlərinin rəqəmsallaşdırılması və əlaqələndirilməsinin inkişafında  böyük əhəmiyyət kəsb edir.

İTF-nin baş katibi Novruz bayramı münasibətilə  bu bayramı qeyd edən bütün xalqlara təbriklərini çatdırıb.

Избранный
56
4
xalqqazeti.az

5Источники