ABŞ-ın İrana qarşı quru əməliyyatı planları fonunda İran ordusu Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, məlumat İran Silahlı Qüvvələri Baş Qərargahının xüsusi bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, Fars körfəzində İranın nəzarəti altında olan Əbu Musa və Böyük Tunb adalarına hücum olunsa, İran ordusu BƏƏ-nin Ras əl-Xaymə əmirliyinə hücum edəcək: "Biz BƏƏ-ni xəbərdar edirik ki, əgər onlar yenidən İranın Fars körfəzindəki Böyük Tunb və Əbu Musa adalarına hücum etsələr, İran Silahlı Qüvvələri Ras əl-Xayməni sarsıdıcı zərbələrə məruz qoyacaq". Baş Qərargah əlavə edib ki, "İranın ərazisinə və milli suverenliyinə qarşı hər hansı bir təcavüzün mənbəyinə hücum edəcək".
Musavat.com