ABŞ Hərb Nazirliyi (Pentaqon) ölkənin quru qoşunlarının İrana göndərilməsi ilə bağlı detallı hazırlıq aparıb.
News365.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı müzakirələrdən məlumatlı olan çoxsaylı mənbələrə istinadən məlumat yayıb.
Telekanal qeyd edir ki, hələlik qoşunların yeridilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Məlumata görə, yüksəkrütbəli hərbi komandirlər belə bir ssenarinin həyata keçirilməsi üçün konkret hazırlıq sorğuları təqdim ediblər.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp regionda quru qoşunlarının yerləşdirilməsi ehtimalını nəzərdən keçirir.